Haqqımızda

Haqqımızda

2007-ci ildə klassik alman düsturu üzrə mövcud olan istehsal əsasında , mühəndis və mülkiyyətçii Sultanhəmid Hacıyev, istehsal qüsurları olmadan, əl əməyini və istehsalda insan faktorunu minimuma endirməklə, istehsal müddətinin azaldılması ilə plastik gil istehsalı üçün tamamilə yeni texnologiya yaratmağı qərara alıb. Həmin ərəfədə dünya keramika sənayesində belə bir texnologiya mövcud deyildi,ayrı-ayrı qurutma və bişirmə mərhələlərinə əsaslanan 19-cu əsr texnologiyası istifadə olunurdu. Qurudulmuş məhsullar hərəkətli platformalarda yığınlarda toplanır, daha sonra hissə-hissə son bişmə üçün sobaya göndərilirdi.

Aydındır ki, yüksək temperaturlu istilik axını yığının xarici konturuna və onun ortasına qeyri-bərabər təsir göstərir. Deformasiyalar və keyfiyyətsiz məhsulların faizi əhəmiyyətli dərəcədə çoxalır, bu da qiymətlərin artmasına səbəb olur.Fəaliyyət göstərdiyimiz müddət ərzində unikal istehsal texnologiyası və resepti yaradıldı ,yüzlərlə testlər və istehsal xətlərinin 8 variantı üzrə çeşidlənmə aparıldı. Bu texnologiya hər plitənin ideal həndəsi quruluşunu qorumağa və bərabər bişimliyinə imkan verir. Minimum 200 sikl şaxtaya dayanıqlı Klinker plitələrimiz hətda ən aqressiv hava şəraitində belə öz ilkin görünüşünü qoruyur, ultra bənövşəyi şüaların təsirindən rəngləri solmur. Daim yenilənən rəng və tekstura çeşidlərimiz memar və dizaynerlər üçün istənilən ideyaları gerçəkləşdirməkdə əvəzolunmaz bir seçimdir.